EvXəbərlərTrampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirildi

Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirildi

Published on

spot_img

ABŞ-nin “F-16” qırıcısı prezident Donald Trampın olduğu Kemp-Deviddəki (Merilend ştatı) iqamətgah üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib.
BEY.AZ xəbər verir ki, bu barədə Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
“NORAD-ın “F-16″ qırıcıları 19 sentyabr 2026-cı il tarixində, səhər saat təxminən 07:50-də (Bakı vaxtı ilə 15:50-də) Merilend ştatının Termont şəhəri üzərində özəl aviasiya təyyarəsini ələ keçiriblər. NORAD qırıcıları əhalinin görə biləcəyi istilik tələləri tətbiq ediblər. Tələlərdən pilotun diqqətini cəlb etmək üçün istifadə olunub”, – komandanlıqdan qeyd edilib.
İstilik tələlərinin buraxılması hadisəni sosial şəbəkələrdə müzakirə edən yerli sakinlərin diqqətini çəkib.

Tramp sentyabrın 18-də axşam saatlarında Kemp-Devidə gedib və həftəsonu orada qalmağı planlaşdırır.

Latest articles

More like this