Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) “F-16” qırıcıları bu gün ABŞ Prezidenti Donald Trampın qolf-klubunun yerləşdiyi Nyu-Cersi ştatının Bedminster şəhəri ərazisində müəyyən edilmiş müvəqqəti uçuş məhdudiyyətlərini pozan bir neçə yüngül mühərrikli təyyarənin yolunu kəsib.
BEY.AZ xəbər verir ki, bu barədə komandanlığın yaydığı məlumatda bildirilir.
Bütün təyyarələr təhlükəsiz şəkildə məhdudiyyət zonasından çıxarılıb və NORAD-ın hava gəmilərinin müşayiəti ilə bu zonanın hüdudlarından kənara aparılıb.
NORAD pilotları uçuşdan əvvəl aviasiya heyəti üçün bildirişləri (NOTAM) və ABŞ Federal Aviasiya İdarəsinin (FAA) müəyyən etdiyi müvəqqəti uçuş məhdudiyyətlərini yoxlamağa çağırıb.
Hüseyn İbadlı
