EvXəbərlərTrampın Qrenlandiya ilə bağlı planları dəyişdi

Trampın Qrenlandiya ilə bağlı planları dəyişdi

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı güc yolu ilə ələ keçirmək planından imtina edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri Qrenlandiyanın KNR radiostansiyasına verdiyi müsahibəsində bildirib.
“Prezident artıq güc tətbiqini nəzərdən keçirmir. Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri müəyyən etməlidir”, – deyə o qeyd edib.
Səfirin sözlərinə görə, Qrenlandiya üzrə işçi qrupunun həm Trampın ABŞ-ın təhlükəsizliyi ilə bağlı narahatlıqlarını, həm də Danimarka və Qrenlandiyanın mövqeyini nəzərə alan bir həll yolu tapacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-ın xüsusi elçisi Ceff Lendrinin uşaqlara şirniyyat paylamasını tənqid edərək istehza ilə qarşılamışdı.

“Bizə nə qədər şokoladlı peçenye versələr də, öz qırmızı xətlərimizdən geri dönməyəcəyik”, – siyasətçi vurğulayıb.
Hüseyn İbadlı

Latest articles

More like this