Ağ Evin bir neçə əməkdaşı yeni prezident təyyarəsi olan “Air Force One” ilə bağlı məlumat sızmasını araşdırmaq üçün telefonlarını təhvil verib.
BEY.AZ xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ prezidenti Donald Tramp çox qəzəblənib və köməkçilərindən məsələ ilə bağlı müntəzəm olaraq yeniliklər tələb edib.
İyul ayında “The New York Times” (NYT) qəzetinin bir neçə jurnalisti Trampın Qətərdən hədiyyə edilən yeni təyyarəsinin təhlükəsizliyi barədə reportaj hazırladıqdan sonra məhkəməyə çağırış vərəqələri alıb.
9 iyulda NYT “Boeing 747-8” təyyarəsinin əvvəlki təyyarələrlə müqayisədə təhlükəsizlik baxımından çatışmazlıqlara malik olduğunu bildirib.
Xüsusilə, məqalədə raket əleyhinə texnologiya da daxil olmaqla bəzi müasir təhlükəsizlik sistemlərinin çatışmazlığı qeyd edilib.
Məqalə dərc olunmazdan əvvəl redaksiya heyətinə, məlumatın milli təhlükəsizliklə bağlı olduğu üçün dərcini təxirə salmaq üçün yüksək vəzifəli FTB rəsmisindən müraciət daxil olub.
Müəllif: Tural
