Amerikalı elçilər Stiv Uitkov və Cared Kuşnerin Rusiyaya səfərinin dəqiq tarixi hələlik yoxdur, lakin müzakirələr ABŞ və İran arasında memorandum imzalandıqdan sonra başlaya bilər.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
“Amerikalı danışıqçılar tezliklə gələcəklər, amma hələlik dəqiq tarix yoxdur. Bilirsiniz, amerikalılar İranla razılaşdırılmış memorandumu hazırlamaq və imzalamaqla məşğuldurlar. Bilirik ki, imzalanma bu həftənin sonunda İsveçrədə planlaşdırılır. Bundan sonra, yəqin ki, onların Moskvaya səfəri barədə söhbətlər olacaq”, – Kremlin sözçüsü bildirib.
Müəllif: Tural
