ABŞ Prezidenti Donald Tramp artıq imzasına çevrilən salamlaşma tərzini Pekində Çin Sədri Si Cinpinlə görüşərkən də icra etməyə çalışıb, lakin buna nail ola bilməyib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri Çin liderini onu özünə tərəf çəkməyə çalışıb, ancaq onun bu cəhdi Si Cinpinin müqaviməti ilə üzləşib. Belə ki, Cinpinin də onu özünə tərəf çəkməyə çalışdığı müşahidə edilib.
İki lider arasında “üstünlük savaşı”na çevrilən qəribə salamlaşma qısa müddət ərzində sosial mediada günün əsas müzakirə mövzusuna çevrilib.

