EvXəbərlər“Turan-Tovuz”un keçmiş oyunçusu “Rusenborq”a keçdi

“Turan-Tovuz”un keçmiş oyunçusu “Rusenborq”a keçdi

Published on

spot_img

31 iyulda Moskvanın “Lokomotiv” klubu müdafiəçi Mark Mampassinin komandadan ayrıldığını açıqladı.
BEY.AZ xəbər verir ki, “Lokomotiv”in rəsmi açıqlamasında 23 yaşlı futbolçunun müqaviləsinin qarşılıqlı razılaşma ilə başa çatdığı bildirilib.
Mampassi 12 mart 2003-cü ildə Donetskdə anadan olub. Vikipediyada o, rus, konqo və ukraynalı futbolçu kimi qeyd olunur. Atası konqolu, anası isə ukraynalıdır. Rusiyada Mampassi rus kimi oynayıb və rəsmi RPL veb saytındakı profilində Rusiya vətəndaşı kimi qeyd olunub.
8 avqust şənbə günü Mampassinin Norveç təmsilçisi “Rusenborq”a transferi açıqlandı. Norveç klubunun rəsmi saytında ukraynalı futbolçu ilə müqavilə imzalandığı bildirilib:
“Rusenborq” ukraynalı mərkəz müdafiəçisi Mark Mampassi ilə müqavilə imzalayıb. 23 yaşlı futbolçu klubla 2029-cu il mövsümünün sonuna qədər müqavilə imzalayıb. Mampassi “Rusenborq”a azad agent kimi qoşulub”.

Açıqlamada özünü ukraynalı kimi təqdim edən Mampassinin şərhi də yer alır:
“Mən ukraynalıyam və müharibə başlamazdan əvvəl Rusiya klubuna satılmışam. Sonrakı dövr mənim üçün çox çətin keçdi. Vətənimdə baş verənləri izləmək emosional cəhətdən olduqca çətindir. Hər şeydən əvvəl, Ukrayna torpağında sülh olmasını və müharibəyə son qoyulmasını istəyirəm”, – Mampassi bildirib.
Mampassi 2021-ci ilin dekabrında “Lokomotiv”ə qoşulub. 2023-cü ildən bəri “Lokomotiv” Mampassini Türkiyənin “Antalyaspor”, Belçikanın “Kortreyk” və Azərbaycanın “Turan Tovuz” klublarına icarəyə verib.

Latest articles

More like this