İstanbul yerli hakimiyyəti Bosfor sahili boyunca yerləşən ən nüfuzlu rayonlarda 4 mindən çox daşınmaz əmlak obyektini sökmək barədə qərar qəbul edib.
BEY.AZ xəbər verir ki, bu barədə “BEY.AZ” qəzeti məlumat verib.
Bosfor Şəhərsalma İdarəsindən bildirilib ki, ümumilikdə Sarıyer, Beşiktaş, Üsküdar və Beykoz rayonlarında 4 141 obyekt sökülməlidir. Qərar qanunsuz hesab edilən və ya şəhərsalma normalarına cavab verməyən müəyyən torpaq sahələrindəki binalara və tikililərə şamil olunacaq.
Sökülməli olan obyektlərin əksəriyyəti Sarıyer rayonunda yerləşir – 1 982 obyekt. Daha 544 obyekt isə Beşiktaş rayonunun payına düşür. Siyahılarda incəsənət xadimləri və sahibkarlarla, o cümlədən aktrisa Hülya Avşarla bağlı əmlaklar yer alır. Bundan əlavə, nəşrin məlumatına görə, bəzi obyektlər Türkiyənin ən iri biznes klanlarının — Sabancı, Koç, Ulusoy ailələrinə məxsusdur və ya onlarla bağlıdır.
Söküntü işləri üzrə tender sentyabrın 22-nə təyin edilib. Qanunsuz obyektlərin sökülməsinə hərracın qalibi müəyyənləşdirildikdən sonra başlanılacaq.
xxx
18:24 – 05.09.26
Türkiyə Boğaziçi İmar İdarəsi Sarıyer, Beşiktaş, Üsküdar və Beykoz rayonlarında yerləşən 4 141 tikili barədə söküntü qərarı qəbul edib.BEY.AZ xəbər verir ki, qərara Ferdi Tayfur, Hülya Avşar, Süreyya Yalçın və Mehmet Ali Erbil kimi türk məşhurların ərazilərindəki qanunsuz tikililər də daxildir.Hüseyn İbadlı
