Türkiyədə İstanbuldan İraqa gedən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 40 nəfər xəsarət alıb.
BEY.AZ xəbər verir ki, hadisə Ankaranı Niğdə ilə birləşdirən magistral yolun Aksaray şəhəri yaxınlığından keçən hissəsində qeydə alınıb.
Sürücü idarəetməni itirib, nəticədə avtobus yoldan çıxıb. Qəza zamanı avtobusda olan 37 sərnişin, 2 sürücü və 1 bələdçi xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar da var. Yaralılar təcili yardım briqadaları tərəfindən Aksaraydakı xəstəxanalara çatdırılıb.
