Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən “MV Güllük” yük gəmisi dron hücumuna məruz qalıb.
BEY.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, gəmi Taman istiqamətində hərəkət edərkən dron hücumu olub və heyətin qaldığı yaşayış bölməsinə zərbə dəyib.
Xəsarət alan yoxdur.
