EvXəbərlərTürkiyənin Qara dəniz sahilində hərbi PUA tapıldı

Türkiyənin Qara dəniz sahilində hərbi PUA tapıldı

Published on

spot_img

Türkiyənin Qara dəniz sahilində mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı (PUA) tapılıb.
BEY.AZ xəbər verir ki, bu barədə IHA agentliyi məlumat yayıb.
Bildirilib ki, PUA Türkiyənin Zonquldak əyaləti ərazisində aşkar edilib. Yerli sakinlər Filyos rayonu yaxınlığında ehtimal olunan hərbi dronu gördükdən sonra aidiyyəti qurumları hadisə yerinə çağırıblar.
Əraziyə istehkamçılar və jandarmlar gəlib. Hadisə yeri mühasirəyə alınıb. Mütəxəssislər pilotsuz uçuş aparatında partlayıcı maddənin olub-olmadığını yoxlamalı və onun mənşəyini müəyyən etməlidirlər.

Hüseyn İbadlı

Latest articles

More like this