EvXəbərlərTürkiyə o silahı sınaqdan keçirdi: Zirehli texnikalar saniyələr içində məhv oldu

Türkiyə o silahı sınaqdan keçirdi: Zirehli texnikalar saniyələr içində məhv oldu

Published on

spot_img

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN tərəfindən hazırlanan lazer tuşlama dəstləri növbəti sınaqlarda yüksək dəqiqlik nümayiş etdirib. Sistemlər müxtəlif zirehli və hərəkətli hədəfləri uğurla vurub.
BEY.AZ xəbər verir ki, Konya şəhərinin Karapınar Atış Sınaq Poliqonunda 15-dən çox ölkədən hərbi rəsmilərin iştirakı ilə “Tuşlama Sistemləri üzrə Beynəlxalq Demo” keçirilib.
Tədbirdə ASELSAN-ın LGK-82 və LGK-84 lazer tuşlama dəstləri, həmçinin TÜBİTAK SAGE ilə əməkdaşlıq çərçivəsində hazırlanan GÖZDE tuşlama dəsti sınaqdan keçirilib.
Sınaqlar zamanı F-16 qırıcı təyyarəsindən iki LGK-84 dəsti ilə atəş açılıb. İlk atəşdə zirehli transportyor, ikinci atəşdə isə tank hədəf seçilib. Hər iki hədəf birbaşa zərbə ilə məhv edilib.
Daha sonra “Akıncı” pilotsuz uçuş aparatından LGK-82 ilə zirehli transportyora atəş açılıb və hədəf tam dəqiqliklə vurulub. GÖZDE tuşlama dəsti ilə keçirilən sınaqda isə saatda 50 kilometr sürətlə hərəkət edən hədəf uğurla məhv edilib. Beləliklə, nümayiş çərçivəsində həyata keçirilən dörd atışın dördü də hədəfə dəqiq zərbə ilə nəticələnib.

ASELSAN-ın məlumatına görə, LGK sistemləri adi aviasiya bombalarını lazerlə idarə olunan yüksək dəqiqlikli sursata çevirir. LGK-84, xüsusilə 2 000 funtluq MK-84 bombaları üçün nəzərdə tutulub və həm sabit, həm də hərəkətli hədəflərə qarşı istifadə imkanına malikdir. Sistem lazerlə hədəfdən əks olunan enerjini aşkarlayaraq bombanı təyin edilmiş nöqtəyə yönəldir.

GÖZDE isə MK-82 tipli ümumi təyinatlı bombaları yüksək dəqiqlikli silah sisteminə çevirən yeni nəsil tuşlama dəstidir. TÜBİTAK SAGE-nin məlumatına görə, sistem lazer, GPS və inertial naviqasiya imkanlarını birləşdirir və yüksək sürətlə hərəkət edən hədəfləri vurmaq üçün nəzərdə tutulub.
ASELSAN-ın 2025-ci il üzrə hesabatında da GÖZDE sisteminin yüksək sürətli hərəkətli hədəfə qarşı sınaqda uğur qazandığı, LGK-82-nin isə “Akıncı” platformasına inteqrasiya edilərək hədəfi ilk atışdan vurduğu qeyd olunur. (Musavat.com)

Latest articles

More like this