EvXəbərlərTürkiyədən Moskvaya uçan təyyarələr Avropa üzərində geri döndülər

Türkiyədən Moskvaya uçan təyyarələr Avropa üzərində geri döndülər

Published on

spot_img

Vnukovo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən Türkiyədən Moskvaya uçan üç təyyarə geri dönüb.
BEY.AZ xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətlərinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, təyyarələr Antalya, İstanbul və İzmir şəhərlərindən havaya qalxıb. Lakin uçuşların dayandırılması səbəbindən onlar Türkiyəyə qayıtmaq üçün Polşa və Litva üzərində olarkən istiqamətlərini dəyişməli olublar. Təyyarələr İstanbulda Sabiha Gökçen adına hava limanına enməlidirlər.
Bundan əvvəl Moskvanın Vnukovo və Domodedovo hava limanları təhlükəsizlik mülahizələrini əsas gətirərək uçuşları müvafiq qurumlarla razılaşdırılmış qaydada həyata keçirməyə başlayıb, daha sonra isə reyslərin qəbulu və göndərilməsini dayandırıb.

Qısa müddət sonra Moskvaya əvvəlcə 12, daha sonra isə daha 14 pilotsuz uçuş aparatı ilə hücum etməyə cəhd göstərilib. Onlar hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. PUA qalıqlarının düşdüyü ərazilərə fövqəladə xidmətlərin əməkdaşları gəliblər.

Hüseyn İbadlı

Latest articles

More like this