EvXəbərlərTürkiyədən qayıdan turistlər çətin anlar yaşadı: Baqajlar saatlarla verilmədi

Türkiyədən qayıdan turistlər çətin anlar yaşadı: Baqajlar saatlarla verilmədi

Published on

spot_img

Türkiyədə istirahət edən turistlər Rusiyanın Yekaterinburq şəhərində yerləşən Koltsovo Hava Limanında ciddi problemlə üzləşiblər.
Publika.az xəbər verir ki, bu barədə “E1” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, Antaliya və İstanbuldan gələn yüzlərlə sərnişin baqajlarını almaq üçün iki saatdan çox gözləməli olub. Sərnişinlərə gecikmənin səbəbi ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
İstanbuldan gələn sərnişinlərdən biri bildirib: “Biz İstanbuldan uçmuşuq, artıq 1,5 saatdır gözləyirik. Türkiyədən gələn digər reyslərin sərnişinləri isə iki saatdan çoxdur baqajlarını ala bilmirlər”.
Hadisə sərnişinlərin narazılığına səbəb olub.

Müəllif: Adəm

Latest articles

More like this