İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti və “İrəvan dialoqu” forumundan sonra bir qrup türkiyəli jurnalist Gümrü şəhərinə səfər ediblər.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, səfər zamanı jurnalistlər Gümrü-Qars dəmir yolu ərazisinə baş çəkərək xəttin yenidən bərpası və sərhəd-keçid məntəqəsinin açılması imkanlarını araşdırıblar.
Onlar Ermənistan-Türkiyə sərhədində “Asparaz” Jurnalistlər Klubunun rəhbəri Levon Barseqyan ilə görüşərək mövzunu müzakirə ediblər.
Barseqyan bildirib ki, Axurik stansiyası tarixi dəmir yolu xəttinin son nöqtələrindən biridir və bu marşrut həm regional əlaqələr, həm də Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz” baxımından əhəmiyyətli rol oynaya bilər.
O, həmçinin xatırladıb ki, xətt sovet dövründə fəaliyyət göstərib və yalnız 1992-1993-cü illərdə qısa müddət açıq olub.
Barseqyanın sözlərinə görə, sərhədin yenidən açılması təkcə Ermənistan və Türkiyə arasında deyil, region ölkələri üçün də iqtisadi və ticarət baxımından ciddi imkanlar yarada bilər.
Müəllif: Roza

