Türkiyəli model Dilhan Divrikli “Mister Global 2026” beynəlxalq kişi gözəllik müsabiqəsinin qalibi olub.
BEY.AZ xəbər verir ki, Taylandın Nonthaburi şəhərində keçirilən final mərhələsində Divrikli bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub və “Dünyanın ən yaraşıqlı kişisi” tituluna layiq görülüb.
Müsabiqədə Nigeriya təmsilçisi Bethel Mbamara ikinci, Filippindən olan MJ Ordillano isə üçüncü yerdə qərarlaşıb.
