EvXəbərlərTürklər açır - Mirzoyan ermənilərə müjdə verdi: Bundan sonra ancaq yaxşı şeylər...

Türklər açır – Mirzoyan ermənilərə müjdə verdi: Bundan sonra ancaq yaxşı şeylər olacaq

Published on

spot_img

Əgər türklər açsalar, biz də bunu anlayışla qəbul edəcəyik.
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 12-də jurnalistlərlə söhbətində Nikol Paşinyana “türklər açır” fikrinə münasibət bildirərkən bildirib.
O bildirib ki, söhbət Ermənistan və Türkiyə arasında sərhədin açılması və ya üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinə icazə verməkdən getmir.
“Əminəm ki, bu (sərhədin açılması – red.) bir gün baş verəcək, amma bu dəfə söhbət bir az fərqli bir şeydən gedir. Təfərrüatları açıqlamağın vaxtı gələn kimi, bu barədə danışacağam. Biz yaxşı şeylərdən danışırıq. Bundan sonra yalnız yaxşı şeylərdən danışacağıq”, – Mirzoyan qeyd edib.
O əlavə edib ki, Ermənistanın və erməni xalqının Avropa istəklərinin olduğu heç kimə sirr deyil və bu məsələ ilə bağlı qərarın yalnız Ermənistan vətəndaşları tərəfindən veriləcəyi aydındır.

“Ermənistanın gələcəyi ilə bağlı istənilən qərarı Ermənistan vətəndaşları verəcək. Referenduma çıxarılmalı olan hər şey referenduma çıxarılacaq. Qanunvericiliyimiz hər şeyi tənzimləyir. Əgər qanunda bir şeyin referendumla həll edilməli olduğu göstərilirsə, bu, referendumda həll ediləcək. Əgər bu, nəzərdə tutulmayıbsa, onda necə olacağına biz qərar verəcəyik”, – deyə Mirzoyan yekunlaşdırıb.
Müəllif: Tural

Latest articles

More like this