EvXəbərlərUkrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq etdi

Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq etdi

Published on

spot_img

Ukrayna Nazirlər Kabineti Rusiya və Belarusla sərhədyanı sahələrdə xüsusi sərhəd rejimi tətbiq edib.
BEY.AZ xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Hərbi vəziyyət müddətində rejim dövlət sərhədi xətti boyunca eni 1 kilometr olan torpaq sahələrinə şamil edilir. Bu ərazidə insanların sərbəst şəkildə daxil olması, aşaması və hərəkət etməsi, habelə hərbi əməliyyatlar, müdafiə və ya dövlət sərhədinin mühafizəsi ilə əlaqədar olmayan işlərin aparılması qadağan edilir.
Dövlət Sərhəd Xidmətindən vurğulayıblar ki, məhdudiyyətlər sərhəd boyu bir kilometrlik zolağa daxil olan bütün torpaq sahələrinə şamil olunur. Qurum rejimin tətbiqini ölkənin müdafiə qabiliyyətini gücləndirmək və sərhədyanı rayonların təhlükəsizliyi ilə bağlı təxirəsalınmaz məsələləri həll etmək zərurəti ilə izah edib. Belarus ərazisindən həmin regionlarda vəziyyəti sabitləşdirmək məqsədilə istifadə edilməsi riski ayrıca qeyd olunur.

Hüseyn İbadlı

Latest articles

More like this