EvXəbərlərUkrayna Rusiyanın bu vilayətlərini vurdu: Ölən və yaralananlar var

Ukrayna Rusiyanın bu vilayətlərini vurdu: Ölən və yaralananlar var

Published on

spot_img

Ukrayna ordusu Rusiyanın Rostov, Belqorod və Ryazan vilayətlərinə silsilə zərbələr endirib.
BEY.AZ xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, Taqanroq şəhərində raket qalıqları çoxmərtəbəli yaşayış binasının üzərinə düşüb. Hadisə nəticəsində bir qadın ölüb, bir kişi yaralanıb. Binanın sakinləri təxliyə olunub, onlar üçün müvəqqəti yerləşdirmə məntəqəsi yaradılıb.
Belqorod vilayətində isə pilotsuz uçuş aparatının yük maşınına zərbə endirməsi nəticəsində bir mülki şəxs həlak olub. Yerli hakimiyyət yük avtomobilinin tamamilə yandığını açıqlayıb.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, Ukraynanın PUA hücumunun dəf edilməsi zamanı qalıqların sənaye obyektlərinə düşməsi yanğına səbəb olub. Hadisə nəticəsində altı nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı qeyd edilib.
Məlumata görə, Ryazandakı “Wildberries” logistika mərkəzinin əməkdaşları da təhlükəsizlik məqsədilə təxliyə edilib.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında qarşılıqlı hava hücumları son aylarda daha da intensivləşib.
Müəllif: Adəm

Latest articles

More like this