Ukrayna Silahlı Qüvvələri Vladimir bölgəsindəki “Wildberries” anbar kompleksinə hücum edib.
BEY.AZ xəbər verir ki, hücum barədə şirkət özü məlumat verib.
Logistika obyektində yanğın baş verdiyi bildirilib.
Vilayət qubernatoru Aleksandr Avdeyevin sözlərinə görə, Vladimir bölgəsindəki anbar kompleksinə dron hücumu nəticəsində gənc oğlan yaralanıb. Zərbə nəticəsində həmçinin ziyan da dəyib. Bölgədə dron təhlükəsi mövcuddur.
Enerqodar şəhərinin meri Maksim Puxov da bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin dronları gecə ərzində şəhərin girişini və sənaye zonasındakı yolları vurub. Partlayışlar nəticəsində bir neçə nəfər yaralanıb.
Müəllif: Tural
