EvXəbərlərUlduz futbolçu çıxılmaz durumda: Məhkəməyə müraciət edəcək

Ulduz futbolçu çıxılmaz durumda: Məhkəməyə müraciət edəcək

Published on

spot_img

Rişarlison “Tottenhem”lə müqaviləsindən qanuni şəkildə imtina etmək istəyir.
BEY.AZ xəbər verir ki, 29 yaşlı braziliyalı bu mövsüm “Tottenhem”in heyətində yer almadığı üçün vəziyyəti qeyri-müəyyəndir.
Bu barədə “The Athletic” məlumat yayıb. Bildirilir ki, Rişarlison üçün yeni klub tapmaq cəhdləri hələlik uğursuz olub. Premyer Liqa transfer pəncərəsinin sonunda o, keçmiş klubu “Everton”a qayıtmağa yaxın idi, lakin tərəflər şərtlər barədə razılığa gələ bilmədilər. Daha sonra “Trabzonspor”un Türkiyə transfer pəncərəsi bağlanmazdan qısa müddət əvvəl onunla maraqlandığı bildirildi.
Rişarlison və komandası hazırda “Tottenhem”lə müqaviləsinin qalan hissəsini ləğv etmək üçün məhkəməyə müraciət etmək imkanını araşdırır.

Braziliya mediasının məlumatına görə, Riçarlison “Vasko da Qama”ya keçmək niyyətindədir. Əgər “Tottenhem”lə müqaviləsindən azad olunarsa, qısamüddətli müqavilə ilə “Vasko”ya qoşula bilər. Braziliyada transfer pəncərəsi şənbə günü səhər tezdən bağlanır.

BEY.AZ

Latest articles

More like this