EvXəbərlərUNO videosunda keruv mələyi göründü

UNO videosunda keruv mələyi göründü

Published on

spot_img

Amerikalı dini liderlər ABŞ Müdafiə Nazirliyi tərəfindən bu yaxınlarda gizliliyi ləğv edilmiş naməlum uçan obyektlərə dair videolardan birində keruv mələyinin təsvirini aşkar etdiklərini iddia ediblər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Star” qəzeti məlumat yayıb.
Bildirilib ki, Texasdan olan keşiş Coş Houerton sosial şəbəkələrdə 2013-cü ilə aid iki dəqiqəlik qeyddəki səkkizguşəli ulduza bənzəyən obyektin Əhdi-Ətiqin Yezekiel peyğəmbərin kitabındakı təsvirlərlə heyrətamiz şəkildə üst-üstə düşdüyünü bildirib. Orada təkər içində təkəri xatırladan qeyri-adi quruluşlu elementlərdən bəhs edilir. Bu video ilə əlaqədar konqresmen Anna Paulina Luna da öz səhifəsində keruvun təsviri paylaşıb.
Digər şərhçilərin fikrincə, obyekt daha çox İşaya peyğəmbərin kitabındakı altıqanadlı serafimlərə bənzəyir. Lakin skeptiklər dərhal uyğunsuzluğa diqqət çəkərək qeyd ediblər ki, videodakı obyektin aydın şəkildə səkkiz qanadı görünür, serafimlərdə isə onların sayı cəmi altıdır.
Öz növbəsində, ABŞ rəsmiləri bəyanatla çıxış edərək vurğulayıblar ki, sözügedən qeyd hələlik müvafiq mütəxəssislər tərəfindən araşdırılmayıb və mələklərin və ya keruvların mövcudluğuna dair sübut kimi qəbul edilə bilməz.

Mayın 10-da ABŞ Federal Təhqiqat Bürosunun yadplanetli həyatı və naməlum uçan obyektlər haqqında gizliliyi ləğv edilmiş sənədlərində kiçikboylu varlıqlar barədə məlumatların olduğu bildirilmişdi.
Hüseyn İbadlı

Latest articles

More like this