İranın xarici işlər naziri Abbas Əraqçi müharibə və sanksiyaların nəticə verməyəcəyini bildirib.
BEY.AZ xəbər verir ki, Əraqçi bu gün verdiyi açıqlamada Amerika Birləşmiş Ştatlarının “müdriklik və məntiq yolu” ilə hərəkət edəcəyinə ümidini ifadə edib. O, Vaşinqtonun hərbi əməliyyatlarına qarşı İranın hazır olduğunu bildirib.
Nazir əlavə edib ki, İran hər hansı hərbi hücuma daha dağıdıcı cavab verməyə hazırdır.
Bununla yanaşı, Əraqçi Tehranın diplomatik yollarla ədalətli həllə nail olmaq istədiyini deyib. Onun sözlərinə görə, İran həm diplomatik həll yollarının tapılmasında, həm də özünü müdafiə etməkdə ciddi əzm göstərir.
