Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3685 nəfərə çatıb.
BEY.AZ xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriges “X” sosial şəbəkəsində məlumat verib.
Rəsmi məlumatlara görə, 16 740 nəfər xəsarət alıb, 17 907 sakin evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856 binaya ciddi ziyan dəyib.
Axtarış-xilasetmə işləri zamanı 6462 nəfəri xilas etmək mümkün olub. 25 970 zərərçəkənə tibbi yardım göstərilib, 86 794 ailəyə dəstək verilib. Bundan əlavə, ehtiyacı olanlara 9,6 min tondan çox ərzaq paylanıb.
İyunun 24-də Venesuelada iki silsilə güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin qiymətləndirməsinə görə, birinci yeraltı təkanın maqnitudası 7,2, ikincisinin isə 7,5 olub.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges zəlzələ qurbanlarının xatirəsinə yeddi günlük milli matəm elan edib.
Hüseyn İbadlı
