EvXəbərlərVenesuelada zəlzələdən ölənlərin sayı artır

Venesuelada zəlzələdən ölənlərin sayı artır

Published on

spot_img

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 920-yə çatıb.
BEY.AZ xəbər verir ki, bu barədə Milli Assambleyanın (parlament) sədri Xorxe Rodrigez bildirib.


Xəbər verdiyimiz kimi, Venesuelanın paytaxtı Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki ardıcıl zəlzələ böyük dağıntılara səbəb olub.
BEY.AZ xəbər verir ki, yerli medianın məlumatına görə, təbii fəlakət nəticəsində azı 235 nəfər həyatını itirib, 4 300-dən çox insan yaralanıb.

Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumata görə, paytaxt Karakasla yanaşı, bir neçə ştat da zəlzələdən ciddi zərər görüb.
Qeyd edək ki, ABŞ, Türkiyə, Meksika, Salvador, Dominikan Respublikası və Qətər Venesuelaya axtarış-xilasetmə qrupları və humanitar yardım göndərəcəklərini açıqlayıblar.
Müəllif: Roza

Latest articles

More like this