1997-ci il Formula 1 çempionu Jak Vilnyev “Red Bull”un Maks Verstappendən İsak Hacarı Azərbaycan Qran Prisində önə buraxmaq istəməməsi qərarını dəstəkləyib.
BEY.AZ xəbər verir ki, “Motorsport.com” saytı Vilnyevdən sitat gətirib:
“Mükəmməl. Komandanın Maksdan İsakı irəli buraxmasını istəmək üçün heç bir səbəbi yox idi. Hacarın təkərləri daha yaxşı idi və onlar da eyni dövrə vaxtlarını təyin edirdilər.
Bir anda təkər vəziyyəti tərsinə çevrildi və Maksın Hacardan səkkiz saniyəlik üstünlüyünün olduğunu gördük. Maksın irəli keçmək şansı daha yüksək idi, ona görə də komanda düzgün qərar verdi”.
Yarışın sonunda Ferstappen “Mercedes” pilotu Corc Rassellə rəqabət apararaq ikinci, Hacar isə üçüncü yeri tutub.
