EvXəbərlərViza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edildi

Viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edildi

Published on

spot_img

Türkiyənin İstanbul şəhərində viza fırıldaqlığı ilə bağlı keçirilən əməliyyat çərçivəsində 37 nəfər həbs edilib.
BEY.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırma Türkiyə Baş Prokurorluğunun koordinasiyası ilə aparılıb.
Məlum olub ki, viza məsləhətçiliyi adı altında fəaliyyət göstərən bəzi şəxslər və şirkətlər viza almaq vədi qarşılığında müraciət edənlərdən pul alıb. Bunun üçün “bot”lardan, yəni avtomatlaşdırılmış proqramlardan istifadə edildiyi aşkarlanıb.
Onlar vəd olunan xidməti göstərməyib, müştərilərə ödənişləri də geri qaytarmayıblar. Bununla yanaşı, müraciət edən şəxslərin fərdi məlumatlarının avtomatlaşdırılmış sistemlərə ötürüldüyü də müəyyən edilib.

İstintaq zamanı sözügedən fəaliyyətlərdən əldə edildiyi ehtimal olunan vəsaitlərin müxtəlif şəxslərin və şirkətlərin bank hesabları vasitəsilə köçürüldüyü üzə çıxıb.

Məhkəməyə çıxarılan 41 şübhəlidən 37-si həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti tədbiri ilə sərbəst buraxılıb.

Latest articles

More like this