EvXəbərlərXaçatryan da həbs edildi: Nədə ittiham olunur?

Xaçatryan da həbs edildi: Nədə ittiham olunur?

Published on

spot_img

Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryan həbs edilib.
BEY.AZ xəbər verir ki, İstintaq Komitəsinin mətbuat xidməti bu məlumatı “Sputnik Ermənistan”a təsdiqləyib.
İrəvan məhkəməsi keçmiş məmurla bağlı iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Xaçatryan rüşvətxorluqda, çirkli pulların yuyulmasında və qanunsuz əmlak əldə etməkdə ittiham olunur. Xüsusilə geniş miqyasda rüşvətxorluq və çirkli pulların yuyulması ilə bağlı cinayət istintaqının bir hissəsi olaraq, müstəntiqlər Xaçatryanın və oğlunun yaşayış yerlərində, eləcə də onlarla əlaqəli 20-dən çox şirkətin ofis və filiallarında axtarışlar və digər prosedur hərəkətləri həyata keçiriblər.
Bir gün əvvəl Xaçatryanın vəkilləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvəkkillərinə qarşı qəddar rəftar edildiyini iddia edərək, onun sağlamlıq vəziyyətinə diqqət çəkmişdilər. Müdafiə tərəfi həmçinin Xaçatryanın yatağından qaldırıldığını və sonra xərəkdə məhkəməyə gətirildiyini göstərən görüntüləri də yayımlamışdı.

Müəllif: Tural

Latest articles

More like this