EvXəbərlərXalq artisti Niyazinin məzarı ziyarət edildi

Xalq artisti Niyazinin məzarı ziyarət edildi

Published on

spot_img

Bu gün görkəmli dirijor, dünya şöhrətli bəstəkar, Xalq artisti, maestro Niyazinin doğum günü münasibətilə məzarı ziyarət edilib.
BEY.AZ xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, musiqi ictimaiyyətinin nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.
Ziyarət zamanı Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətlərindən, zəngin yaradıcılıq irsindən və milli musiqi sənətinin dünyada tanıdılmasında rolundan danışılıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında bildirib ki, Niyazinin parlaq siması hamının xatirəsindədir:
“Mən onu ilk dəfə görəndə təəccüblənmişdim ki, bu qədər zəhmli, enerjili bir insan kiçik bir bədənə yerləşib. O, bəstəboy idi, amma enerjisi ilə hər kəsin diqqətini özünə çəkirdi”.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, Niyazi 40 ildən çoxdur bizdən ayrılıb, amma onun yaradıcılığı unudulmayıb, Niyazi irsi Azərbaycan musiqi mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılıb:
“Niyazi təkrarolunmaz, misilsiz dirijor və bəstəkar idi. Buna görə ən böyük mükafatlara layiq görüldü. Azərbaycan musiqisinin inkişafında rolu böyükdür. Cavan istedadları nəinki tapırdı, onları hiss edə bilirdi. Həmin şəxslər də sonradan böyük musiqiçiyə, tanınmış şəxsə çevirilirdilər”.

Latest articles

More like this