Xalq şairi Nəriman Həsənzadənin səhhətində irəliləyiş hiss olunur.
BEY.AZ Report-a istinadla xəbər verir ki, bu barədə şairin ailə dostu Arif Mehmandost məlumat verib.
Onun sözlərinə görə, Xalq şairinin müalicəsi davam etdirilir.
Qeyd edək ki, Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
