EvXəbərlərXİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!

XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!

Published on

spot_img

Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-York meri Zöhran Mamdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib.
Publika.az xəbər verir ki, A.Hacızadə sosial media hesabında etdiyi paylaşımda rəsmi şəxsləri məsuliyyətli davranmağa və dezinformasiya yaymaqdan çəkinməyə çağırıb.
Mətbuat katibi bildirib ki, merin irəli sürdüyü iddialar siyasi motivlidir və regionun tarixi həqiqətləri ilə ziddiyyət təşkil edir:
“Biz sizin təhrikedici bəyanatınızı rədd edirik. Bu cür çıxışlar tarixin və regionun reallıqlarının dərk edilməməsindən xəbər verir, siyasi narrativlər naminə faktları təhrif edir”.
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan 2020-ci ildə beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz suveren ərazilərində hərəkət edib: “2023-cü ildə həyata keçirilən antiterror tədbirləri isə 30 illik işğala son qoyaraq konstitusiya quruluşunun bərpası ilə nəticələnib”.

A. Hacızadə “ermənilərin məcburi köçürülmə” iddialarına da toxunulub:
“Erməni sakinlərinə reinteqrasiya, bərabər hüquqlar və təhlükəsizlik zəmanətləri təklif edildiyi halda, “qovulma” iddiaları reallığı görməzdən gəlməkdir. Seçilmiş bir rəsminin işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı tətbiq edilən etnik təmizləməni, qətliamları və mədəni irsin dağıdılmasını susqunluqla qarşılayıb birtərəfli mövqe sərgiləməsi xüsusilə narahatlıq doğurur”.
Sonda Ayxan Hacızadə bu cür ehtiyatsız bəyanatların qəbulolunmaz olduğunu və dərhal silinməli olduğunu vurğulayıb.

Latest articles

More like this