Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.
ANAMA əməkdaşı kənd ərazisində minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
