Kipr Rum Administrasiyasının lideri Nikos Xristodulidis Yunanıstan parlamentində çıxışı zamanı Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib.
Publika.az “Haber7”yə istinadən xəbər verir ki, Xristodulidis Avropa İttifaqını və beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırıb.
O iddia edib ki, Türkiyə müharibədən sonrakı Avropa tarixinin ən böyük cinayətlərindən birini törədir və 52 ildir beynəlxalq hüququ pozur. Xristodulidis Kiprin işğal altında olduğunu, insan hüquqlarının pozulduğunu bildirib.
Rum lideri adanın gələcəyi ilə bağlı danışarkən bütün Avropa vətəndaşları kimi azad yaşamaq istədiklərini deyib. O, Kiprin tam birləşdirilməsinin əsas hədəf olduğunu vurğulayıb.
İki dövlətli həll modelinə də qarşı çıxan Xristodulidis bildirib ki, bu ideyanın qəbul olunması mümkün deyil: “Biz heç vaxt qanunsuzluğun leqallaşdırılmasını qəbul etməyəcəyik”.
Müəllif: Roza

