EvXəbərlərYağışdan gizlənən üç qızı ildırım vurub öldürdü

Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü

Published on

spot_img

Uqandada ildırım vurması nəticəsində üç qız uşağı həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə “Nilepost News” məlumat yayıb.
Mayın 3-də ölkənin qərbindəki Kabale rayonunda güclü yağış və ildırım müşahidə olunub. Məktəbin iki 13 yaşlı şagirdi və onlardan birinin bacısı olan dörd yaşlı uşaq əlverişsiz hava şəraitindən qorunmaq üçün mətbəxdə gizləniblər. Həmin vaxt böyüklər evdə olmayıb. İldırım binaya düşən zaman uşaqlar dərhal vəfat ediblər.
Qızların təhsil aldığı məktəbin direktoru baş vermiş faciəni həm təhsil müəssisəsi, həm də bütün yerli icma üçün olduqca ağrılı hadisə adlandırıb.

Hüseyn İbadlı

Latest articles

More like this