EvXəbərlərYağışlar məhsuldarlığa mənfi təsir edib?

Yağışlar məhsuldarlığa mənfi təsir edib?

Published on

spot_img

Bazarlarda artıq yay mövsümünün ab-havası hiss olunmağa başlayıb. Bəs alıcılar hansı qiymətlərlə üzləşirlər?
BEY.AZ xəbər verir ki, bəzi satıcıların Azərbaycan Televiziyasına (AzTV) dediklərinə görə, qiymətlər ötən illə müqayisədə elə də yüksək deyil.
“Çiyələk Şəmkirdən gətirilir, bir kiloqramının qiyməti 5 manatdır”, – deyə satıcılardan biri bildirib.

Digər satıcının sözlərinə görə, alçanın kiloqramı 5-8 manat arasında dəyişir. Bəzi satıcılar isə son vaxtlar yağan yağışların məhsuldarlığa mənfi təsir göstərmədiyini qeyd ediblər.
Onların sözlərinə görə, hazırda bazarlarda ən çox tələbat alça, çiyələk və gilasa müşahidə olunur.
Alıcılar isə bildiriblər ki, aldıqları gilasın bir kiloqramının qiyməti 19 manat olub.

Latest articles

More like this