EvXəbərlərYeni qaydalar əlillik dərəcələrinin alınmasını asanlaşdıracaqmı?

Yeni qaydalar əlillik dərəcələrinin alınmasını asanlaşdıracaqmı?

Published on

spot_img

Nazirlər Kabineti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydasını” təsdiq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda isə dəyişiklik edib.
Publika.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
“Yeni sənədlə istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiq olunub. Qaydalar ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilkin olaraq müəyyən edilən zaman xəstəlik və ya zədə, habelə zədə ilə əlaqədar çatışmazlığın səbəb əlaqəsini təsdiq edən sənədlərin siyahısı da konkretləşdirilib.
Eyni zamanda, “peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi (faizlə)” ilə orqanizmin funksiyalarının pozulması faizinin peşələr üzrə təzahür dərəcəsi və sığorta olunanın yaşına uyğun olaraq peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi müəyyən edilib və bunun üçün xüsusi düstur da təsdiq olunub.
Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı müddətdə konkretləşdirilib. Belə ki, komissiya peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirilmənin aparıldığı gün, əlavə araşdırma tələb olunduğu hallarda, həmin gündən sonra 5 iş günü müddətində qərar qəbul edərək protokolla rəsmiləşdirməlidir. Kağız daşıyıcıda qəbul edilmiş qərar 3 iş günü ərzində MEİS-in “Əlillik” altsisteminə daxil edilmədən sığortalıya təqdim edilməlidir. Eyni zamanda, qərarın altsisteminə daxil edilməsi də nəzərdə tutulur. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparılan zaman orqanizmin funksiyalarının 30 faizə qədər və bu göstəricidən daha çox pozulması halları fərqli meyarlar ilə aparılır.

Bütövlükdə, yeni sənəd istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. Əlillik təyinatının elektronlaşdırılmasının dərinləşdirilməsi və xüsusən də süni intellektdən daha yaxından istifadə olunması da prioritet olaraq qalmaqdadır”.

Latest articles

More like this