Tıva Respublikasının paytaxtı Qızılda daha bir 15 yaşlı məktəbli qız itkin düşüb.
BEY.AZ xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, 15 yaşlı qızın yoxa çıxması daha əvvəl iki qızın itkin düşməsi ilə əlaqəli deyil .
Departament qeyd edib ki, bunlar fərqli hadisələrdir.
Qız 4 iyulda itkin düşüb, evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşəndə ağ şort geyinib. Bundan əvvəl yoxa çıxan iki 13 yaşlı məktəbli qızın axtarışı da davam edir, onların izi 1 iyulda itib.
Qızlar əvvəllər heç vaxt evdən qaçmayıblar, həmişə valideynlərinə hara getdiklərini xəbər veriblər.
Müəllif: Tural
