EvXəbərlərYunanıstan borc içində boğulur: Ölkənin simvolu satışa çıxarılır?

Yunanıstan borc içində boğulur: Ölkənin simvolu satışa çıxarılır?

Published on

spot_img

Yunanıstanın borclarının ödənilməsi üçün Afinanın simvolu olan Akropol satışa çıxarıla bilər.
Publika.az “Greek Reporter”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının keçmiş prezidenti Jan-Klod Yunker məlumat yayıb.
Onun sözlərinə görə, görüşlərindən birində bir Avropa maliyyə naziri Yunanıstanın borclarını ödəyə bilməsi üçün Akropolun satılmasını təklif edib. Məlumata görə, bu təklif iclasda güclü reaksiyaya səbəb olub.
Yunker qeyd edib ki, o, bu təklifə sərt reaksiya verərək, həmin nazirə susmasını söyləyib.

Qeyd edək ki, Yunanıstanın paytaxtı Afinada yerləşən Akropol ölkənin ən vacib tarixi və mədəni simvollarından biri hesab olunur. Bu səbəbdən onun satışı ilə bağlı hər hansı fikir ölkədə ciddi narazılıq və “milli irs” müzakirələri yarada bilər.

Müəllif: Roza

Latest articles

Gördükləri şey qarşısında donub qaldılar

Gördükləri şey qarşısında donub qaldılar

Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın

Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın

More like this