EvXəbərlərYüzlərlə çılpaq velosipedçi Berlin küçələrində

Yüzlərlə çılpaq velosipedçi Berlin küçələrində

Published on

spot_img

Berlində ilk Ümumdünya Çılpaq Velosiped Yürüşü keçirilib.
BEY.AZ xəbər verir ki, “Der Tagesschau” məlumat (video) yayıb.
Məlumata görə, tədbir bir gün əvvəl baş tutub və yürüşdə təxminən 500 nəfər iştirak edib. Velosiped yürüşü Mauerparkdan başlayıb və hökumət məhəlləsinədək davam edib. Marşrutun uzunluğu 30 kilometr olub. İştirakçılar tam və ya qismən çılpaq, yaxud geyimli şəkildə velosiped sürmək qərarını özləri verə biliblər.
Təşkilatçılardan biri Ralf Şprenqerin sözlərinə görə, velosipedçilər, o cümlədən nudizm ideallarını təbliğ ediblər. Onlar çılpaq görünüşləri ilə azadlığa, tolerantlığa və müxtəlifliyə dəstək ifadə etmək istəyiblər.
Ümumdünya Çılpaq Velosiped Yürüşü 2001-ci ildən keçirilən beynəlxalq aksiyadır. Ən böyük yürüş Londonda təşkil olunur. Berlin bu aksiyada ilk dəfə bu il iştirak edib.

İyun ayında Böyük Britaniyanın paytaxtında mindən çox çılpaq velosipedçi avtomobil mədəniyyətinin problemlərinə və neftdən qlobal asılılığa diqqət çəkmək məqsədilə şəhərin küçələrində velosiped sürüb. Aksiyanın dinc və qanuni xarakter daşımasına baxmayaraq, tədbir tənqidlərə səbəb olub. London meri Sadiq Xan uşaqları bu cür mənzərələrdən kifayət qədər qorumaqda səhlənkarlıq etməkdə ittihamlarla üzləşib, cinsi zorakılıqla mübarizə aparan xeyriyyə təşkilatı isə merdən nəzarəti sərtləşdirməyi tələb edib.
Hüseyn İbadlı

Latest articles

More like this