EvXəbərlərZərbələrdən sonra İrandan zəng edib deyiblər ki...

Zərbələrdən sonra İrandan zəng edib deyiblər ki…

Published on

spot_img

Donald Tramp iddia edir ki, ABŞ-ın təkrarlanan hərbi hücumlarından sonra İran rəsmiləri ona zəng edərək razılaşma əldə etmək istəyiblər.
BEY.AZ CNN-ə istinadla xəbər verir ki, Tramp Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən “Air Force One” təyyarəsindəki televiziya müxbirlərinə deyib:
“Bir müddət əvvəl zəng etdilər, həqiqətən də razılaşmaq istəyirlər. Sadəcə, razılaşmaya dəyərmi, bilmirəm”.
Son iki gecə ərzində ABŞ Hörmüz boğazında gəmilərin atəşə tutulmasına cavab olaraq İrana qarşı zərbələri bərpa edib.
Tramp İranın ticarət gəmilərinə yenidən hücum edəcəyi təqdirdə ABŞ ordusunun daha güclü zərbələr endirəcəyi ilə hədələyib.

O, “Truth Social”a yazıb: “Əgər onlar bunu yenidən etsələr, daha da pis vəziyyətdə olacaqlar”.
Müəllif: Tural

Latest articles

More like this