Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə görüşəcəklər.
BEY.AZ xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi “ABC News”a açıqlamasında bildirib.
Zelenski gələn həftə yaxın dostu senator Lindsi Qrehemin dəfn mərasimində iştirak etmək üçün Vaşinqtona gedəcək. “ABC News” xatırladıb ki, Qrehem iyulun əvvəlində Ukraynaya səfər etmişdi.
Müəllif: Tural
