Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə ölkədə hava hücumundan müdafiə (HHM) sistemlərinin çatışmazlığı barədə məktub göndərib.
BEY.AZ xəbər verir ki, bu barədə prezidentin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin məlumat verib.
Litvin bildirib ki, məktub iki ünvana – Prezidentə və Konqresə ünvanlanıb.
Məktubun detalları açıqlanmayıb.
