UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Zirə” “Payde” (Estoniya) ilə qarşılaşıb.
BEY.AZ xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda hesab bərabər olub – 1:1.
Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb. Qonaq komanda 71-ci dəqiqədə Henri Anierin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.
İlk matçda “Payde” doğma meydanda 1:0 hesablı qələbə qazandığı üçün bərabərlik Estoniya təmsilçisini növbəti mərhələyə çıxarıb.
xxx
20:07
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” – “Payde” matçında ilk qol vurulub.
BEY.AZ xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabı açıb – 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
xxx
20:00
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” – “Payde” matçı başlayıb.
BEY.AZ xəbər verir ki, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.
Görüşü xorvatiyalı FIFA referisi Patrik Kolariç idarə edir.
Qeyd edək ki, tərəflər arasında Estoniyada keçirilən ilk oyunda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.
