fbpx

8 mart günü görüşə hazırsınız?

BEY.AZ informasiya agentliyi xəbər verir

Xarici görkəm ilk təəssürat üçün onəmlidir. Görüşə hazırlaşarkən xarici görünüşünüzü tam düşünülmüş tərtib etsəniz, görüşəcəyiniz xanım da özünü sizin yanınızda güvənli, rahat və diqqət mərkəzində hiss edəcək.

Köynək

Dəbli köynəklər seçin. Neytral printlər, xoş rəng və düz kəsim. Belə model köynəkləri klassik cins və şalvarlar ilə geyinə bilərsiniz. Köynək seçərkən 100% pambıq olmasına diqqət yetirin.

Rahat şalvar

Klassik modellərdən biraz uzaqlaşmaq lazımdır (nəticədə, teatra getmirsiniz). Sport ayaqqabı ilə uyğunlaşa bilən dəbli və müasir şalvarlardan istifadə edin. Belə şalvarlar həm klassik ayaqqabı, həm də idman ayaqqabıları ilə də uyğunlaşdırıla bilir.

Kardiqan

Bildiyimiz jaket. Gecə restoran terrassına çıxmaq istəsəniz, mütləq kardiganınız olmalıdır ki, görkəminizi və karizmanınızı qoruya biləsiniz. Kardiqan kişi bədənini önə çıxardır və üstündə yaxşı oturur.

Bleyzer

Klassik görkəmi sevirsiniz və eyni zamanda dəbli görsənmək istəyirsiniz? Sizlətə bleyzerdən istifadə etməyi məsləhət görürük. Bleyzerləri istənilən cins və vodolazka ilə geyinə bilərsiniz.

Palto

üst geyimin cəlb edici olması da vacib məslələrdən də biridir. Palto kişini daim ciddi və cəlbedici göstərir. Klassik modellər istənilən bədən quruluşuna uyğunlaşdırıla bilir. Bu mövsümdə, məsələn, yaşıl (bataqlıq rəngi) paltolar çox dəbdədir.

Loferlər

Ayaqqabı olaraq, loferlərdən istifadə edə bilərsiniz. Loferlər (ipsiz ayaqqabı) həm gündəlik, həm də tədbirlərdə istifadə edilə bilər. Lakin loferlər seçərkən mütləq yüksək keyfiyyətli materiallardan hazırlanmış olanları seçmək lazımdır ki, bu ayaqqabılar defarmasiyaya yatqındırlar.

Aksessuarlar

Və sonda, əlbəttə ki, aksesuarlar. Müasir kəmər, dəbli saat, kiçik dəri çanta, cəlbedici eynək. Müasir kişinin əvəzolunmaz aksessuarları.

Geyim həmişə özünə güvəni artırır. Geyimin keyfiyyəti isə görüşlərdə pnəmlidir. Ona görə, özünüzə daim yaraşanı və keyfiyyətlisini seçin.

Google News Abone ol


Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu