fbpx
Siyasət

“Lukoyl”un vitse-prezidenti İNTİHAR ETDİ

“Lukoyl”un vitse-prezidenti altıncı mərtəbədən özünü ataraq intihar edib.

BEY.AZ xəbər verir ki, “Lukoyl” şirkətinin vitse-prezidenti klinik xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən özünü atıb.

Ravil Maqanovun ölüm xəbərini Rusiya mətbuatı yayıb. Onun meyiti Marşal Timoşenko küçəsində, Moskva Mərkəzi Klinik Xəstəxanasının pəncərələrinin altında tapılıb.

Hadisənin səbəbləri hələlik müəyyən edilməyib, xəstəxanada polis müvafiq işlər görür, bütün hallar müəyyənləşdirilir.

Qeyd edək ki, may ayında “Lukoyl”un başqa bir keçmiş top meneceri qəribə və qeyri-adi şəraitdə ölüb. Aleksandr Subbotin kəskin ürək çatışmazlığından şaman ritulaı zamanı ölüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu