fbpx

Ruslar Metelkinonu ələ keçirdi – Qanlı toqquşmalar davam edir

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin regional mərkəzi yaxınlığındakı şəhər tipli Metelkino qəsəbəsinə artıq nəzarət etmir.

BEY.AZ Teleqraf.coma istinadən xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Severodonetsk və Lisiçansk ətrafındakı bir çox yaşayış məntəqələrində döyüşlər gedir. Təəssüflər olsun ki, biz hazırda vilayət mərkəzinə yaxın olan Metelkinoya nəzarət etmirik”, – o deyib.

O əlavə edib ki, Rusiya hərbçiləri artilleriya və hava zərbələrini gücləndirib:

“Ruslar Severodonetsk sənaye zonasını və şəhərin kənarını güclü atəşə tutur. Toşkovka və Ustinovka rayonlarında da vəziyyət belədir, çünki orada sıçrayış etmək istəyirlər və bunun üçün böyük miqdarda texnika gətiriblər. Ruslar “sürünən” taktikadan istifadə etməkə bütün mümkün silahlarla Luqansk vilayətini məhv etməkdə davam edirlər. Buna baxmayaraq, mülki əhalinin təxliyəsi davam edir. “Sakit” evakuasiya Lisiçanskdan hərbi idarə işçiləri, polis, xilasedicilər və könüllülər tərəfindən həyata keçirilir. Aktiv döyüşlərin davam etdiyi yaşayış məntəqələrindən insanlar hərbçilər tərəfindən zirehli texnika ilə çıxarılır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu