fbpx

2021-2022-ci MİQ müsahibə mərhələsində müəllimlərə verilən Dünyagörüşü sualları və cavabları

Sual 1. Vətən müharibəsi neçə gün oldu?
Cavab: 44 gün

Sual 2. Ən çox sərhəddi olan ölkə hansıdır?
Cavab: Çin. 15 ölkə ilə sərhədi vardır.

Sual 3. Azərbaycanda ilk xanım hərbi təyyarəçi kimdir?
Cavab: Züleyxa Seyidməmmədova

Sual 4. Vətən müharibəsi nə vaxt başlamış və nə vaxt bitmişdir?
Cavab: 2020-ci il 27 sentyabrda başlamış, 2020-ci il 10 noyabrda bitmişdir

Sual 5. İkinci Qarabağ müharibəsinin simvol çiçəyi hansıdır?
Cavab: Xarıbülbül

Sual 6. Azərbaycanın mədəniyyət beşiyi hansı şəhərimizdir?
Cavab: Şuşa

Sual 7. Vətən müharibəsində şəhid olan müəllimlər kimlərdir?
Cavab: Rəşad Məmmədov, Vüqar Vəliyev, Vidadi İsrafilov

Sual 8. Hansı qadın milli qəhrəmanlarımızı tanıyırsınız?
Cavab: Salatın Əsgərova, Gültəkin Əsgərova, Vəfa Mənsurova

Sual 9. Azərbaycanla Ermənistan məsələlərinə hansı qrum baxır?
Cavab: ATƏT-in Minsk qrupu

Sual 10. Azərbaycanda ali qanunverici orqan nədir?
Cavab: Milli Məclis

Sual 11. Ali Baş Komandan kimdir?
Cavab: Cənab İlham Əliyev

Sual 12. Bakıda sonuncu açılan metrostansiya hansıdır?
Cavab: “8 Noyabr”

Sual 13. İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı kim olmuşdur?
Cavab: İsrafil Məmmədov

Sual 14. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı kimdir?
Cavab: Həzi Aslanov

Sual 15. Həzi Aslanov ikinci dəfə nə vaxt Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb?
Cavab: 1991-ci il

Sual 16. Repressiya qurbanlarndan kimləri tanıyırsınız?
Cavab: Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Əli Nazim və s.

Sual 17. Azərbaycanın ilk xalq şairi kim olmuşdur?
Cavab: Səməd Vurğun

Sual 18. Azərbaycanın ilk xalq yazıçısı kim olmuşdur?
Cavab: Süleyman Rəhimov

Sual 19. Azərbaycanda ilk balet hansıdır?
Cavab: Əfrasiyab Bədəlbəylini “Qız Qalası” baleti

Sual 20. Azərbaycanda ilk film hansı olmuşdur?
Cavab: “Neft və milyonlar səltənətində”


🆘 *Ardı var* maraqlı oldusa aşaqıda şərh yazın.

Bir Cevap Yazın

Başa dön tuşu