fbpx
Texnologiya

Daha təhlükəsiz internet üçün bir neçə tövsiyə

Hazırda həyatın bir çox sahələrində bizə yardımçı olan, suallarımıza cavab tapan internet, eyni zamanda bir sıra təhlükələri də istifadəçilər üçün qaçılmaz edir.İlk dəfə daxil olduğumuz saytlar, yüklədiyimiz fayllar və s.  bəzi vaxtlarda  cihazlarımız üçün zərərli də ola bilir.  Bu halda isə bir sıra sadə üsullardan istifadə edərək, yaranacaq təhlükəni minimuma endirə bilərik.

  1. virustotal.com – Hər gün milyonlarla insan tərəfindən ziyarət edilən bu sayt, ilk dəfə daxil olacağınız və yaxud sizdə şübhə yaradan saytların zərərli olub-olmadığını yoxlamaq üçün unikal vasitələrdən biridir.Virustotal zərərli proqramları və virusları müəyyən etmək üçün şübhəli faylları, domenləri, URL-ləri və İP ünvanlarını təhlil edir, nəticə barədə sizə qısa arayış verir. Yuxarıda qeyd edilən xidmətlərdən istifadə pulsuz və çox asandır.
  2. blacklist.gov.az – ölkə vətəndaşlarını zərərverici internet informasiya ehtiyatlarının törədə biləcəyi mümkün təhlükələrdən qorumaq üçün hazırlanan layihədir. Burada qara siyahıya alınmış domen adlarını tapmaq və saytları yoxlamaq üçün xüsusi axtarış aləti mövcuddur ki, bununla da, ziyanverici və fişinq məqsədli resursları müəyyən edə bilərsiniz. Eyni zamanda saytda kiberdələduzluq və sosial mühəndisliklə bağlı bir sıra terminlər və məlumatlar da paylaşılıb. İstifadəsi isə ödənişsiz və rahatdır.

Bir Yorum

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu