Xəbərlər

“Anlamırlarsa, biz başa salarıq” – Türkiyəli generaldan Delyaqinə SƏRT CAVAB

BEY.AZ informasiya agentliyi xəbər verir


Şuşa Bəyannaməsinə görə başqa bir ölkə tərəfindən Türkiyəyə qarşı təhdid edildisə Azərbaycan, Azərbaycana qarşı edildisə Türkiyə tərəfindən bir təhdid kimi dəyərləndirilir”.

BEY.AZ xəbər verir ki, bu açıqlamanı Milli.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz edib.

General bildirib ki, Bakını təhdid edən rus deputat ikinci Jirinovski olmaq istəyir:

Rusiyanın Azərbaycanla əməkdaşlıq mövzusu sadəcə neft və təbii qaz konteksindəki bir əməkdaşlıq deyil. 22 fevral tarixində Rusiya ilə Azərbaycan arasında da müttəfiqlik Bəyannaməsinə bənzər bir Bəyannamə imzalanıb. Dolayısı ilə Rusiyanın Qafqazda Azərbaycana hər zaman ehtiyacı var. Azərbaycanı vurmaqla hədələyən rusiyalı deputat Mixail Delyaqindir kimdirsə, nə tarixdən, nə coğrafiyadan, nə strategiyadan, nə də real vəzioyyətdən xəbəri var. Xüsusilə Rusiyanın belə bir addım atacağı da söhbət mövzusu deyil. Bu, sadəcə ikinci Jirinovski olmaq istəyən, öz piarını etmək istəyən bir hökümət adamının boş təhdidlərindəmn başqa bir şey deyil. O səbəbdən də çox ciddiyə alınacaq bir mövzu deyil. Təbii ki, Kremlin də bundan xəbəri var.

Şuşa Bəyannaməsi çərçivəsində biz bu məsələni özümüzə qarşı edilmiş bir təhdid sayırıq və Türkiyə olaraq onu belə dəyərləndiririk. Heç kim Azərbaycanı yalnız zənn etməməlidir. Hər zaman ifadə edirik, Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın təhlükəsizliyi də Bakıdan keçər. Artıq heçnə əvvəlki kimi deyil. Nə Türkiyə, nə də Azərbaycan 1991-ci ildəki Azərbaycan və Türkiyə deyil.

Bir daha qeyd edim ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik Bəyannaməsinə bənzər Bəyannamənin imzalandığını düşünsək, Azərbaycana qarşı yönəlmiş bu cür təhdid dolu fikirlər Rusiya-Azərbaycan Bəyannaməsinə də, dostluğuna da qarşı çıxmaq deməkdir. Hər kəsin ağızndan çıxanı qulağı duymalıdır, bunu bacarmayanları da biz lazımı sözlərlə başa salarıq”.

Qeyd edək ki, Rusiyanın dövlət televiziyası olan “Rossiya 1” telekanalında Dövlət Dumasının İqtisadi siyasət üzrə Komitəsinin sədr müavini, deputat Mixail Delyagin deyib: “Azərbaycanlılar həqiqətən də razılaşmanı pozdular. Bizimkilər dedilər ki, danışıqlardan sonra onlar geri çəkildi. Onlar isə rəsmi şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən heç yerə getməyiblər. Amerikanın tərəfdaşlarının, indiki halda Türkiyənin və Türkiyənin dövlət adlandırdığımız əlaltılarının bu aqressiyası bu gün gün real olaraq bir təhlükədir. Əgər buna görə, sərt və birmənalı şəkildə cəzalandırılmasaq… Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. O bizə lazım deyil. O müdafiəsizdir. Bu insanlar əgər sözlə başa düşmürlərsə, o zaman əməllə başa düşməli olacaqlar. Bunu eləməsək, bizdən geriyə heç nə qalmayacaq”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu
//zikroarg.com/4/5013541