fbpx

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu


Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

BEY.AZ-ın Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən hər iki görüşdə Xəzər Babazadəyə qalib gələn Vüqar Rəsulov bürünc medal qazanıb.

Çempionluğun taleyi Aydın Süleymanlı ilə Məhəmməd Muradlı arasında baş tutan finalda həll olunub. İlk partiya heç-heçə başa çatıb. Bu gün keçirilən cavab oyununda Aydın Süleymanlı qələbə qazanıb. Ümumi hesabda 1,5:0,5 hesabı ilə üstün olan A.Süleymanlı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu